Ümumdünya Turizm Təşkilatının fəaliyyəti

Aydındır ki, beynəlxalq turizm hər bir ölkə üçün sosial-iqtisadi münasibətləri əks etdirir. Bununla da beynəlxalq mü-nasibətlərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu prosesin tənzimlənməsi üçün də müəyyən norma və standart nizamlar işləyib hazırlayan beynəlxalq institutlar fəaliyyət göstərir. Bu təşkilatlarm təsnifatı aşağıdakı cəhətlərə görə aparılır:

–  milli ərazi baxımmdan beynəlxalq, regional və milli səviyyədə – yəni ümumdünya, regional və milli səviyyədə fəaliyyət göstərən təşkilatlar;

–  ictimai dövlət mənsubluğna görə: dövlət qurumu, ictimai qurum, xüsusi qurum olması;

–  fəaliyyət növləri baxımından: tənzimləyici, turist göndər-məklə məşğul olmaq, bazar agentləri, məsləhətçilər, layihə təş-kilatları, öyrətmə ilə məşğul olan təşkilatlar, nəşriyyat, peşəkar birliklər, ticarət və istehlak təşkilatları və s. nəzərdə tutulur.

–  fəaliyyət dairəsinə görə – nəqliyyat üzrə (aviasiya, avtobus, dəmiryolu, avtomaşm və kruizlə), turist agentləri, luroperatorlar, sahəvi həmkarlar və s. təşkilatlar mövcuddur.

Beynəlxalq turizmin ardıcıl olaraq genişlənməsi bu kimi loşkilatlarm yaradılmasma olan zərurəti daha da artırmışdır.

Bunlardan: Ümumdünya Turizm Təşkilatı (ÜTT). Bu təş-kilat ən üzdə olan təşkilatlardan biridir. tlk dəfə 1925-ci ildə

«Turizmin təbliği üzrə rəsmi təşkilat» adı ilə yaradılmış dövlətlərarası qurumdur.

1947-ci ildə «Rəsmi Turist Təşkilatlarının Beynəlxalq İtti-faqı» (UCOTO) adlandırılmışdır.

1975-ci ildə bu qeyri-hökumət beynəlxalq ittifaqı əsa-smda hökumətlərarası beynəlxalq təşkilat yaradılmışdır. ÜTT-nin nizamnaməsi 27 sentyabr 1975-ci ildə qəbul olunmuşdur. İqamətgahı Madriddədir (tspaniya).

1980-ci ildən bu tarix ümumdünya turizm günü kimi qeyd edilir.

BMT ilə ÜTT arasında əməkdaşlıq və qarşılıqlı münasi-bətlər barədə razılığa əsasən muxtar hüquqa malikdir.

ÜTT – öz fəaliyyətində dünya üzrə turizmin bütün tərəf-lərini əhatə edir.

ÜTT-nin üzvləri üç kateqoriyaya bölünür:

–  birinci üzv olan dövlətlər – bu təqribən 130-a qədərdir.

–  ikinci birlik şəklində olan üzvlər – bunlar 4-dür. Aruba, Makao, Niderlandm Antil adaları, Puerto-Riko.

–  üçiincü 330-dək birlik şəklində olan qurumlardır. Bura turizm ilə məşğul olan hökumət və hökumətlərarası təşki-latlar və eləcə də kommersiya təşkilat və birlikləri daxildir. Məsələn – mehmanxanalar, turizm agentliyi, restoranlar, ma-liyyə institutları, aviakompaniyalar, məsləhətxanalar birliyi, istehlakçılar, sənayeçilər, turizm sahəsi üçün kadrlar hazırlığı mərkəzləri, tədqiqat institutları, nəşriyyat qrupları və s.

ÜTT-nin əsas məqsədi aşağıdakılardan ibarətdir:

– Turizmin (istər daxili, istərsə də xarici turizmin) sülhə, qarşılıqlı anlaşmalara, bütün dünyada insanlarm sağlam-lığına və çiçəklənməsinə olan təsirini sürətləndirmək və genişləndirmək;

–  səyahət zamanı insanların təhsil almasma və mədəni səviyyəsinin artırılmasma zəmin yaratmaq;

–  az inkişaf etmiş rayonlarda turistlərin yaşayış normala-rınm standartlara yaxınlaşdırılmasma köməklik göstərmək;

–  turist qəbul edən ölkələrin imkan dairələrinin genişlən-dirilməsi;

–  ölkələrarası əməkdaşlığm əlaqələndiriliməsi üzrə beynəl-xalq agentlik rolunda çıxış etmək;

–  turizm sahəsində milli təşkilatlar üzrə yaranan turlara xidmətlər göstərmək;

–  turist operatorları birlikləri arasmda daimi əlaqə saxla-ııılmasma yardım etmək.

ÜTT turizm hərəkəti üzrə daimi informasiya hazırlayır və ayrı-ayrı millətlərin bu prosesə qoşulmasına çalışır.

Aydındır ki, ÜTT öz fəaliyyətini həyata keçirmək məq-sədilə ardıcıl olaraq beynəlxalq yığıncaqlar təşkil edir, döv-lətlərarası, birliklərarası əlaqələndirmə işləri aparır. Bu mə-nada 1980-ci ildə (27 sentyabrdan – 10 oktyabradək) Filip-pinin paytaxtı Manilada keçirilən turizm üzrə ümumdünya konfransının böyük əhəmiyyəti olmuşdur.

Konfransda turizmin inkişafında dövlət məsuliyyəti mə-sələləri geniş müzakirə edilmişdir. Sosial-iqtisadi şərait, insanın öz şəxsi istirahətinin təşkilatçısı olması, tələb və tək-lifin. tənzimlənməsi, turizm sahəsində elmi-texniki əmək-daşlıq, turizm sənayesi üçün kadrlar hazırlığı və bu kimi aktual problemlər müzakirə olunmuşdur. Konfransda 100-dən artıq dövlətin nümayəndələrinin iştirakı ilə Manila bəyannaməsi qəbul edilmişdir.

Beynəlxalq Hava Nəqliyyatı Birliyi (BHNB) (International Air Transport Assosiation – IATA)

BHNB bütün beynəlxalq təyyarə daşımalarmın ümum-dünya təşkilatı hesab edilir. İlk dəfə 1919-cu ildə yaradılmış, 1945-ci ildə yenidən təşkil edilmişdir. BHNB beynəlxalq marşrutları həyata keçirən peşəkar aviasiya kompaniyası birliyidir. Bu birlik insanlarm, poçt bağlamalarmm və yük-lərin dünyanın bir nöqtəsindən digər nöqtəyə daşınmasını həyata keçirir.

259 aviakompaniya bu birliyin üzvüdür. Bu birliyin tər-kibində turist agentliklərinin qeydə alınması üzrə sərnişin xidməti korporasiyası fəaliyyət göstərir. Bu turist agentliyi BHNB-in xüsusi şöbəsi olan aviakompaniyaların beynəlxalq təşkilatı vasitəsilə fəaliyyət göstərir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) (International Civil Aviation Orqanization – İCAO)

BMAT – 1944-cü ildə ABŞ-m Çikaqo şəhərində keçiril-miş konfransda yaradılmışdır. BMT-nin himayəsi altmda fəaliyyət göstərir. 200-ə qədər dövlət bu təşkilatm üzvüdür. İnsanlarm ölkələrarası hərəkətinin genişlənməsinə zəmin yaratmaqla turizmin inkişafmda böyük rol oynayır.

Asiya Sakit Okean Turist Birliyi (ASOTB)

ASOTB 1951-ci ildə yaradılmışdır. 34 dövləti özündə birləşdirir. Asiya Sakit Okean istiqamətində olan hərəkətin genişlənməsinə köməklik edir. Bütün bunlarla yanaşı ayrı-ayn milli dövlətlərdə də turizmin inkişafı və tənzimlənməsi ilə məşğul olan qurumlar fəaliyyət göstərirlər.

Advertisements

Yanvar 20, 2011 tarixində Themes about Tourism in Azeri içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: