Günlük Arxivlər: Yanvar 18, 2011

Azərbaycan Respublikasının turizm imkanları

Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər yaradır.

Son illər ərzində turizm infrastrukturunun genişləndirilməsi istiqamətində respublikanın paytaxtı Bakı şəhərində və regionlarda böyük işlər görülüb. Respublikamızda müxtəlif turizm tədbirləri keçirilir, turizm şirkətlərinin sayı çoxalır, yerləşdirmə obyektlərinin sayı gün-gündən artır, turizmə aid müxtəlif reklam materialları buraxılır, bu sahədə çalışan işçilərin əməyi qiymətləndirilir. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun yaradılması, turizmin inkişaf etdirilməsi, turizm və rekreasiya zonaları, Azərbaycan kurortları haqqında prezidentin fərmanlarının və dövlət proqramlarının qəbul edilməsi olduqca təqdirəlayiqdir. Amma bununla yanaşı, respublikamızda turizm sahəsini daha yüksək səviyyəyə qaldırmaq üçün görüləcək işlər hələ çoxdur. Bu yazının davamını oxu